10 
Yan
2023
15:20
140
25
4702
Virtual karabakh

Kreml Ermənistanın KTMT təlimlərini keçirməsindən imtina etməsinə REAKSİYA VERDİ

10 Yan, 2023
15:20
4702

Kreml Ermənistanın KTMT təlimlərini keçirməsindən imtina etməsinə REAKSİYA VERDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü ildə ölkəsində keçiriləcək KTMT təlimlərinin məqsədəuyğun olmaması ilə bağlı bəyanatına münasibət bildirib.

Onun sözlərinə görə, bu, detalların aydınlaşdırılmasını tələb edən bəyanatdır:

“Bu, Ermənistanın baş nazirinin yeni bəyanatıdır. Düşünürəm ki, KTMT-dən olan həmkarlar əlaqə saxlayacaq, Ermənistanın mövqeyinin təfərrüatına aydınlıq gətirəcəklər”.

Eyni zamanda, o xatırladıb ki, belə bir dəqiqləşdirmənin nəticələrindən asılı olmayaraq, Ermənistan Rusiyanın ən yaxın müttəfiqləri sırasında qalır və onunla dialoq davam etdiriləcək.

Mənbə: Mk.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri