10 
Yan
2023
22:27
266
13
1051
Virtual karabakh

Britaniyada maaşlarının artırılmasını tələb edən müəllimlər tətil edirlər: İbtidai məktəblər bağlandı

10 Yan, 2023
22:27
1051

Britaniyada maaşlarının artırılmasını tələb edən müəllimlər tətil edirlər: İbtidai məktəblər bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada son 40 ilin ən yüksək inflyasiyası fonunda müəllimlərin əmək haqlarının artırılması tələbi ilə tətilə çıxıblar. Nəticədə Şotlandiyada demək olar ki, bütün ibtidai məktəblər çərşənbə axşamı bağlanmağa məcbur olub.

Tətillərin çərşənbə günü də davam edəcəyi, lakin bu dəfə orta məktəblərin işinə təsir göstərəcəyi bildirilir.

Şotlandiyada bir neçə min müəllimin iştirak etdiyi analoji tətillər ötən ilin sonunda keçirilib. BBC yaxın həftələrdə İngiltərə və Uelsdə də müəllim tətillərinin mümkün olduğunu bildirdi. Müəllimlər inflyasiyaya uyğun olaraq maaşlarının 10% artırılmasını tələb edir, hakimiyyət isə yalnız 5% maaş artımı təklif etməyə hazırdır. Şotlandiya hökuməti ilə həmkarlar ittifaqları arasında danışıqlar davam edir.

İnflyasiyanın kəskin artması (demək olar ki, 40 ildə rekord 10,7%) və əhalinin real gəlirlərinin və həyat səviyyəsinin aşağı düşməsi nəticəsində ötən ilin sonundan krallığı bir neçə onilliyin ən böyük tətil dalğası bürüyüb. Tətillərdə feldşerlər, dəmiryolçular, sərhədçilər, poçtalyonlar, avtobus sürücüləri, sürücülük imtahanları verənlər, müəllimlər və bir sıra digər peşə sahibləri iştirak edir. Britaniya hökuməti dəfələrlə bəyan edib ki, onlar dövlət sektorunda işləyənlərin maaşlarını inflyasiyaya uyğun olaraq artıra bilməzlər, çünki bu cür tədbirlər ölkədə qiymətlərin daha da artmasına gətirib çıxaracaq və büdcəyə əlavə yük yaradacaq.

Mənbə: BBC

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri