11 
Yan
2023
11:20
18
162
4767
yuxarı
Dünyanın ən böyük ralli marafonunda qəza ölümlə nəticələndi - VİDEO
11 Yan, 2023
11:20
4767
18
162
Dünyanın ən böyük ralli marafonunda qəza ölümlə nəticələndi - VİDEO
Səudiyyə Ərəbistanında baş tutan Dakar marafonunda ölüm hadisəsi baş verib.
Belə ki, yük maşınlarının yarışına başçılıq edən çexiyalı Aleş Loprays italiyalı fotoqrafın ölümünə səbəb olub. Fotoqraf uğurlu və effektiv kadr çəkməkdən ötrü düzgün yer seçməyib və nəticədə “Praga” markalı yük maşınının altında qalıb.
Kadrlardan da göründüyü kimi, fotoqraf hadisədən dərhal sonra şok effektində ayağa qalxır. Lakin sonra müvazinətini itirərək yenidən yıxılır. O, helikopterlə hospitala çatdırılarkən yolda dünyasını dəyişib.
Qaydalara görə, sürücü yarışdan kənarlaşdırıla bilər. Müvafiq qərarı hakimlər bu gün açıqlayacaqlar.
Mənbə: Championat.com
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
23 
Mar
2023
23:11
Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində yeni evlərin inşasına başlanıldı
130
7
630
23 
Mar
2023
20:00
Azərbaycandan Türkiyəyə daha bir qardaş dəstəyi - Xəbərlərin 20:00 buraxılışı
118
15
744