12 
Yan
2023
09:48
73
123
1200
Virtual karabakh

Cənubi Sudanda silahlılar BMT-nin əməkdaşlarını öldürdülər

12 Yan, 2023
09:48
1200

Cənubi Sudanda silahlılar BMT-nin əməkdaşlarını öldürdülər

Cənubi Sudanda silahlıların hücumları nəticəsində BMT-nin azı üç işçisi və 11 mülki şəxs həlak olub.

Bu barədə BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

OCHA-nın bu Afrika ölkəsindəki missiyasının rəhbəri Peter van der Auverart xatırladıb ki, 2022-ci ildə sərhəd bölgəsində BMT-nin 9 əməkdaşı həlak olub.

OCHA Cənubi Sudan hökumətini öz şəxsi heyətinin və mülki şəxslərin müdafiəsini artırmağa çağırıb.

Cənubi Sudan 2011-ci ildə müstəqillik qazandıqdan sonra neftlə zəngin Abyey bölgəsində gərginlik davam edir. Abyey Sudan və Cənubi Sudan arasındakı sərhəddə yerləşən mübahisəli ərazi (10 460 kvadrat kilometr) olaraq qalır. BMT Təhlükəsizlik Şurasının qərarı ilə BMT-nin Müvəqqəti Təhlükəsizlik Qüvvələri (UNISFA) Abyeyə yerləşdirilib.

Mənbə: Agence France-Presse

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri