14 
Yan
2023
21:41
146
63
1711
Virtual karabakh

Ehtiyatda olan general Çexiyada prezident seçkilərinin ilk turunun lideri oldu - YENİLƏNİB

14 Yan, 2023
21:41
1711

Ehtiyatda olan general Çexiyada prezident seçkilərinin ilk turunun lideri oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiyada cümə və şənbə günləri keçirilən prezident seçkilərinin birinci turunda seçki məntəqələrinin 98,92 faizində səslər hesablanıb.

Ehtiyatda olan ordu generalı Petr Pavel səsvermədə lider olub. Bu barədə Çexiya Statistika İdarəsi məlumat yayıb.

Pavel birinci turda səsverməyə gələn seçicilərin 35,20%-nin səsini qazanıb. Onun əsas rəqibi, Çexiyanın keçmiş baş naziri Andrey Babiş seçicilərin 35,18%-nin dəstəyini qazanıb.

On milyon əhalisi olan respublikada 8,3 milyon seçicinin 68,18 faizi səsvermədə iştirak edib. Pavel və Babiş yanvarın 27 və 28-də keçiriləcək seçkilərin ikinci turunda da yarışacaqlar.

Çexiya mətbuatının proqnozlarına görə, məhz Pavelin Çexiya prezidenti olmaq şansı daha çoxdur.

Mənbə: TASS

20:27

Çexiyanın keçmiş baş naziri və “Narazı vətəndaşların aksiyası” siyasi hərəkatının lideri Andrey Babiş ölkədə keçirilən prezident seçkilərinin birinci turunda liderlik edir.

Bu barədə Çexiyanın Statistika İdarəsinə istinadən məlumat yayılıb.

Məlumata görə, Babiş ​​seçicilərin 42,8 faizinin dəstəyini qazanıb. Onların səsləri respublika üzrə seçki məntəqələri bağlandıqdan sonra ilk 20 dəqiqə ərzində hesablanıb.

Onun əsas rəqibi, Çexiya Silahlı Qüvvələrinin generalı Peter Pavel seçicilərin 30,1%-nin səsini qazanıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri