18 
Yan
2023
18:30
22
298
7048
Virtual karabakh

Ukraynalı nazirin öldüyü ərazidən eksklüziv görüntülər - VİDEO

18 Yan, 2023
18:30
7048

Ukraynalı nazirin öldüyü ərazidən eksklüziv görüntülər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 18-də səhər saatlarında Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının yaxınlığında helikopter qəzaya uğrayıb.

Hadisə nəticəsində 3-ü uşaq olmaqla azı 19 nəfər ölüb.

Məlumata görə, Brovarıda qəzaya uğrayan helikopterin göyərtəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi də olub.

Baku TV-nin Ukraynadakı əməkdaşı Mübariz Aslanov hadisənin baş verdiyi ərazidə olub.

Görüntülərdə xilasedicilərin həlak olanların meyitlərini ərazidən çıxardığı və dağıntılar altında qalanların axtarışını davam etdirdiyi əks olunub.

Jurnalist qeyd edib ki, həlak olan rəsmilərdən birinin meyiti də dağıntılar altından çıxarılıb.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri