24 
Mar
2015
20:21
59
276
19105
Virtual karabakh

Fransada təyyarə qəzası: Sağ qalan yoxdur – YENİLƏNİB + FOTO

24 Mar, 2015
20:21
19105

Fransada təyyarə qəzası: Sağ qalan yoxdur – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hava gəmisinin göyərtəsində 142 sərnişin olub.

Fransa Daxili İşlər Nazirliyinin rəsmisi bildirib ki, xilasedicilərin olduğu ilk helikopterlər Airbus A-320 təyyarəsinin düşdüyü yerə çatıblar. 

Onun sözlərinə görə, xilasetmə əməliyyatı uzun çəkəcək və çətin olacaq, FranceTV xəbər verir.

“Bura qarlı ərazidir, nəqliyyat vasitələrinin gəlməsi mümkün deyil. Əraziyə yalnız helikpoterlər gələ bilər”, - deyə, öz növbəsində Fransa Nəqliyyat Nazirliyinin nümayəndəsi bildirib.

Son məlumatlara görə, təyyarənin ən böyük parçasının ölçüsü bir kvadratmetrdən çox deyil. Bu, laynerin dağa çırpıldığını ehtimal etməyə əsas verir.

Bildirilir ki, təyyarə ilk dəfə yerli vaxtla saat 10:47-də fəlakət siqnalı verib. 32 dəqiqədən sonra isə təyyarə radarlardan itib. 

Eyni zamanda Europe1 telekanalı Twitter-də yazıb ki, təyyarənin uçuş hündürlüyü 10 dəqiqəyə 10 min metr azalıb. Lakin bu, qəfil düşmə demək deyil. 

15:34

Fransanın cənubunda Yuxarı Provans Alpları departamentində Airbus A-320 təyyarəsi qəzaya uğrayıb.

Oxu.Az xəbr verir ki, Barselonadan Düsseldorfa uçan və Germanwings şirkətinə məxsus təyyarənin göyətəsində 142 sərnişin və altı ekipaj üzvü olub. 

Fransa prezidenti Fransua Olland artıq qəza nəticəsində sağ qalanların ola bilməyəcəyini bildirib.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri