19 
Yan
2023
23:49
26
345
4397
Virtual karabakh

Rusiyanın Donetskdə yaşayış binasına endirdiyi raket zərbəsinin görüntüləri yayıldı - FOTO/VİDEO

19 Yan, 2023
23:49
4397

Rusiyanın Donetskdə yaşayış binasına endirdiyi raket zərbəsinin görüntüləri yayıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya hərbçilərinin Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərinə endirdikləri iki raket zərbəsi təsadüfən “Əl-Cəzirə” telekanalının jurnalistlərinin kamerasına əks olunub.  

Raketlər yaşayış binasına düşüb.

Dördmərtəbəli binaya ziyan vuran partlayışlar avtomobildə quraşdırılmış kamera ilə lentə alınıb. Videogörüntülər yanvarın 19-da Ukraynanın “Telegram” kanalları tərəfindən yayılıb.

Videoda ekran arxasındakı səs bildirib ki, minaatandan buraxılan 120 mm-lik mərmilər küçənin qarşı tərəfindəki evə düşüb. Bundan əvvəl “Əl-Cəzirə”nin efirində müxbirlərin Rusiyanın zərbələrindən gizlənmək üçün yaxınlıqdakı digər binaya necə qaçdıqları göstərilib.

Mərmilərdən birincisi evin üst mərtəbəsinə düşüb. İkincisi aşağıdakı mərtəbələrə ziyan vurub. Partlayışdan sonra isə binanın üzərində böyük toz və tüstü buludu yaranıb.

Mənbə: Obozrevatel.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri