21 
Yan
2023
00:46
23
154
1657
Virtual karabakh

BAEA rəhbəri xəbərdarlıq etdi: “Nüvə qəzası hər an baş verə bilər”

21 Yan, 2023
00:46
1657

BAEA rəhbəri xəbərdarlıq etdi: “Nüvə qəzası hər an baş verə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukraynadakı müharibə fonunda nüvə qəzasının baş verə biləcəyi ilə bağlı davamlı xəbərdarlıqlar bəziləri üçün bezdirici görünə bilər, lakin təhlükə kifayət qədər realdır. İndiyədək belə bir qəzanın baş verməməsi faktı isə heç kimi çaşdırmamalıdır”.

Bu barədə Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (BAEA) baş direktoru Rafael Mariano Qrossi Kiyevdə çıxışı zamanı bildirib.

“Fukusima hadisəsi baş verəndə biz məsuliyyəti təbiətin üzərinə atdıq. Bəs burada nəsə baş versə, kimi günahlandıracağıq? Mən hər zaman deyirəm ki, radioloji qəzanın nəticələri yaxşı olmayacaq. Nəyin bahasına olursa-olsun, bunun qarşısını almalıyıq. Ümid edirəm ki, bu xəbərdarlığım eşidiləcək”, - deyə BAEA rəhbəri qeyd edib.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri