20 
Yan
2023
20:40
297
19
1275
Virtual karabakh

Ərdoğan Zelenski ilə danışdı

20 Yan, 2023
20:40
1275

Ərdoğan Zelenski ilə danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Administrasiyasından verilən açıqlamaya görə, söhbət zamanı Rusiya-Ukrayna müharibəsində baş verən son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan çərşənbə günü Ukraynada baş verən faciəvi helikopter qəzası ilə bağlı Zelenskiyə başsağlığı verib.

O, Rusiya ilə Ukrayna arasında qalıcı sülhün bərqərar olması üçün güclü diplomatik töhfə verməyə, bu prosesə köməklik və vasitəçilik vəzifəsini üzərinə götürməyə hazır olduqlarını bir daha vurğulayıb.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri