22 
Yan
2023
19:33
391
17
1213
yuxarı
Türkiyə hökumətinin iclasında İsveçə qarşı tədbirlər müzakirəyə çıxarılacaq
22 Yan, 2023
19:33
1213
391
17
Türkiyə hökumətinin iclasında İsveçə qarşı tədbirlər müzakirəyə çıxarılacaq
Türkiyə Nazirlər Kabinetinin sabahkı iclasında yanvarın 21-də Stokholmda Quranın yandırılmasından sonra İsveçə qarşı planlaşdırılan diplomatik cavab tədbirləri nəzərdən keçiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin iclasında xarici siyasət məsələlərinin diqqət mərkəzində olacağı gözlənilir.
Toplantıda Ukrayna böhranının nizamlanması məsələsinə də toxunulacaq.
Bundan əlavə, hökumətin iclasında əsas daxili-siyasi məsələ Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin vaxtı müzakirəyə çıxarılacaq.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək