24 
Yan
2023
13:08
139
12
3309
Virtual karabakh

Ukraynada qalmaqal: İki yüksək vəzifəli şəxs istefa verdi - FOTO

24 Yan, 2023
13:08
3309

Ukraynada qalmaqal: İki yüksək vəzifəli şəxs istefa verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov istefa verib.

Onun istefasını artıq Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikov dəstəkləyib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, Vyaçeslav Şapovalov Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh olub. O, qida xidmətlərinin satın alınması ilə bağlı ittihamlar kampaniyası nəticəsində Silahlı Qüvvələrin sabit qida təchizatına təhlükə yaratmamaq üçün işdən çıxarılmasını xahiş edib.

“Səsləndirilən ittihamların əsassız olmasına baxmayaraq, Vyaçeslav Şapovalovun istefa barədə müraciəti Avropa və demokratik siyasət ənənələrinə uyğun layiqli addımdır. Bu addım müdafiə maraqlarının istənilən vəzifə və kürsülərdən yüksək olduğunu nümayiş etdirir”, - deyə nazirliyin saytında qeyd edilib.

Xatırladaq ki, daha əvvəl Ukrayna mətbuatında yayılan xəbərlərdə bildirilirdi ki, Ukrayna Müdafiə Nazirliyi hərbçilər üçün məhsulları Kiyevdəki pərakəndə mağazalarından alına biləcəyindən iki və ya üç dəfə baha qiymətə əldə edir.

Həmçinin Baş prokurorun müavini Aleksey Simonenko da vəzifəsindən azad edilib.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib.

“Baş prokuror Andrey Kostin baş prokurorun müavini Aleksey Simonenkonun öz xahişi ilə inzibati vəzifədən azad edilməsi haqqında əmr imzalayıb”, - deyə məlumatda bildirilib.

Xəbər verildiyi kimi, baş prokurorun müavini Aleksey Simonenko Prezident Volodimir Zelenskinin birbaşa qadağasına baxmayaraq İspaniyanın Marbelya şəhərində 10 günlük məzuniyyətdə olub.

Mənbə: RBC.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri