24 
Yan
2023
16:24
90
20
3320
yuxarı
Ukraynada siyasi çaxnaşma: Baku TV-nin əməkdaşı detalları açıqladı - VİDEO
24 Yan, 2023
16:24
3320
90
20
Ukraynada siyasi çaxnaşma: Baku TV-nin əməkdaşı detalları açıqladı - VİDEO
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Belarusdan Kiyev və qonşu vilayətlərə hücum olacağı ilə bağlı xəbərlər yayılmaqda davam edir.
“Yanacaqdoldurma məntəqələrində sanki tıxac var idi. İnsanlar hər an gözlənilən vəziyyət üçün avtomobillərini hazır saxlamağa çalışırdılar”, - deyə o qeyd edib.
M.Aslanov Ukraynadakı ard-arda istefalarla da bağlı məlumat verib.
“Kadr dəyişikliyinin davam edəcəyi bildirilir. Məsələn, energetika, gənclər və idman nazirlərinin də vəzifədən azad ediləcəyi deyilir. Bununla yanaşı, Ukraynada daha bir qalmaqal Müdafiə Nazirliyində hərbi məhsulların alqı-satqısındakı yeyintilərlə bağlıdır”, - deyə qeyd edilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək