24 
Yan
2023
22:51
170
65
2223
Virtual karabakh

Rusiya təyyarəsində növbəti gərginlik: Uçuş zamanı çəndən yanacaq axmağa başladı - VİDEO

24 Yan, 2023
22:51
2223

Rusiya təyyarəsində növbəti gərginlik: Uçuş zamanı çəndən yanacaq axmağa başladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya təyyarəsində uçuş zamanı çəndən yanacaq axmağa başlayıb.  

Təyyarənin pəncərədə əyləşən sərnişini bu görüntüləri lentə alıb. Video “Aviatorshina” “Telegram” kanalı tərəfindən yayımlanıb.

Hadisə Soçi hava limanının uçuş-enmə zolağında Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinin təyyarəsi uçuşa hazırlaşdığı zaman baş verib.

Görüntülərdə “Airbus A321” təyyarəsinin sağ qanadının drenaj dəliyindən reaktiv yanacağın axdığı əks olunub.

Dispetçerlər pilotlara sızma barədə xəbər veriblər. Uçuş dərhal dayandırılıb, mühərriklər söndürülüb, təyyarə dayanacağa aparılıb.

“Yaxşı ki, uçmadıq”, - deyə təyyarənin sərnişinləri videoya şərh veriblər.

“Həmçinin mərkəzi çəndən yanacağın avtomatik idarə olunması sistemində nasazlıq olması barədə pilotlara məlumat daxil olub. Bu halda ekipaj əllə idarəetmə rejiminə keçid edib”, - deyə “Telegram” kanalı məlumat verib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri