25 
Yan
2023
11:44
285
46
3385
Virtual karabakh

Zelenskinin Ofisi Moskva və Sankt-Peterburqa zərbələr barədə xəbərdarlıq etdi - VİDEO

25 Yan, 2023
11:44
3385

Zelenskinin Ofisi Moskva və Sankt-Peterburqa zərbələr barədə xəbərdarlıq etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Rusiyada Moskva, Sankt-Peterburq və Yekaterinburq kimi şəhərlərə zərbələr vurulacağını bildirib.

“Rəsmi olaraq təsdiq edirəm ki, Rusiya Federasiyasında müharibənin daxili eskalasiyası qaçılmazdır və müxtəlif hədəflərə zərbələr endiriləcək”, - deyə Podolyak bildirib.

“Niyə, kim tərəfindən və hansı səbəbdən - bunu müzakirə edə bilmərik, bizdə ictimai məlumat çatışmazlığı var”, - deyən Podolyak Ukraynanın Rusiyaya zərbə vurmadığını qeyd edib.

Müşavir bununla belə, Rusiyanın daxili bazarında müharibənin qızışmasının qaçılmaz olacağını vurğulayıb.

“Moskva, Sankt-Peterburq, Yekaterinburq kimi ərköyün, tənbəl, başqa reallıqda yaşadığını düşünən şəhərlər zərbələrə məruz qalacaq”, - deyə o əlavə edib.

Podolyak bu eskalasiyanın artıq Rusiya Federasiyasının daxili problemi olduğu ilə sözlərini yekunlaşdırıb.

Mənbə: Focus.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri