26 
Yan
2023
01:36
280
38
6677
Virtual karabakh

Rusiyada “Vaqner” muzdlularının dəfn edildiyi qəbiristanlıq son iki ayda bir neçə dəfə böyüdülüb - FOTO

26 Yan, 2023
01:36
6677

Rusiyada “Vaqner” muzdlularının dəfn edildiyi qəbiristanlıq son iki ayda bir neçə dəfə böyüdülüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son bir neçə ay ərzində “Vaqner” dəstəsinin muzdlular üçün dəfn yeri kimi istifadə etdiyi ərazi bir neçə dəfə genişlənib.

Söhbət Rusiyanın Krasnodar diyarının Bakı kəndi yaxınlığındakı qəbiristanlıqdan gedir.

Peyk görüntülərinə görə, onun ərazisi 7 dəfə artıb. Ekspertlərin fikrincə, bu, Ukrayna hərbçilərinin vaqnerçilərə ciddi zərbələr vurmasından xəbər verir.

Belə ki, yanvarın 24-də çəkilmiş peyk görüntüsü “Vaqner” əsgərlərinin dəfn olunduğu qəbiristanlıq ərazisində təxminən 170 dəfn yerinin olduğunu göstərir ki, bu rəqəm cəmi iki ay əvvəl peyk görüntülərində görünənlərlə müqayisədə təxminən 7 dəfə çoxdur.

Mənbə: rbc.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri