27 
Yan
2023
05:42
158
14
4110
Virtual karabakh

Türkiyədə xoruzun qeyri-adi istedadı: Uşaqlarla futbol oynayır - VİDEO

27 Yan, 2023
05:42
4110

Türkiyədə xoruzun qeyri-adi istedadı: Uşaqlarla futbol oynayır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində bir evin həyətində saxlanılan xoruzun futbol sevgisi görənləri heyrətə gətirir.

“Efe” adlanan xoruz hinin digər “sakinləri” kimi həyətdə gəzmək əvəzinə, uşaqlarla top oynamağa üstünlük verir.

7 aylıq xoruz həyətdə uşaqların yanına gedərək topla oynayır. Yanına atılan topları ayaqları ilə havaya vurub yenidən uşaqlara qaytarır. Xoruzun oyun zamanı bu şən əhvali-ruhiyyəsi maraqlı görüntülər ortaya çıxarıb. “Efe” xoruzun futbol sevgisi kameralar tərəfindən lentə alınıb.

Xoruzla oynayan uşaqlardan biri deyib ki, onun futbol sevgisini təsadüfən kəşf ediblər.

“Bura əmim oğlu ilə gəlirik. Topla oynadığımız zaman səhvən xoruzun yanına yuvarlandı, xoruz topu təkrar bizə atdı. Beləliklə də xoruzun futbol istedadını kəşf etdik. Bundan sonra mən, əmim oğlu və xoruz birlikdə oynamağa başladıq. Xoruzu yedizdiririk, o da bizimlə top oynayır. Belə bir dostluq münasibəti qurmuşuq”, - deyə Ömər Murad adlı uşaq bildirib.

Mənbə: CNN.Türk

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri