28 
Yan
2023
11:56
335
16
881
Virtual karabakh

Binəli Yıldırım İrandakı səfirliyimizdə baş vermiş terror aktını qınadı - FOTO

28 Yan, 2023
11:56
881

Binəli Yıldırım İrandakı səfirliyimizdə baş vermiş terror aktını qınadı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım şuranın üzvü Həsən Həsənova zəng edərək 27 yanvarda Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktını qınayıb.

Binəli Yıldırım başsağlığı diləklərini çatdırıb, terror hadisəsini pisləyib və Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.

B.Yıldırım eyni zamanda, “Twitter” hesabında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri