28 
Yan
2023
14:11
41
446
2942
yuxarı
İranda tanınmış sünni ağsaqqal öldürüldü - FOTO
28 Yan, 2023
14:11
2942
41
446
İranda tanınmış sünni ağsaqqal öldürüldü - FOTO
İranın sünni məzhəbli etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində tanınmış ağsaqqallardan olan Hacı Xudarəhim Mənduzehi hökumət qüvvələri tərəfindən güllələnərək öldürülüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Qeyd edilir ki, bəluc fəallarının verdikləri məlumata görə, yanvarın 27-də gecə saatlarında mülki geyimli təhlükəsizlik məmurları tərəfindən güllələnib.
Hadisə etnik bəluclar arasında geniş əks-səda doğurub və Tehran rejiminə qarşı kütləvi aksiyalara çağırışlar edilib.
Xatırladaq ki, bundan öncə noyabrın 24-də Sistan və Bəlucistanda Amanullah Baczehi adlı ağsaqqalın öldürülməsindən sonra geniş etiraz nümayişləri keçirilmişdi.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək