30 
Yan
2023
11:56
25
92
812
Virtual karabakh

“The Wall Street Journal”: “Çin ABŞ-nin sanksiyaları altında olan çiplərlə atom silahları düzəldir”

30 Yan, 2023
11:56
812

“The Wall Street Journal”: “Çin ABŞ-nin sanksiyaları altında olan çiplərlə atom silahları düzəldir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nüvə silahı ilə bağlı araşdırmalar aparan Çin institutu, sanksiyalara baxmayaraq, illərdir ABŞ istehsalı olan kompüter çiplərini alır”.

Nüvə silahının hazırlanması ilə məşğul olan və 1997-ci ildən sanksiyalar altında olan Çin Mühəndis Fizikası Akademiyası ən azı 2020-ci ildən bu yana “Intel” və “Nvidia” şirkətlərindən yarımkeçirici çiplər əldə edib.

Çiplər elə Çinin özündə vasitəçilərdən alınıb. Söhbət 7-14 nanometr ölçüsündə çiplərdən gedir ki, Çinin öz gücünə onları kütləvi şəkildə istehsal etməsi mümkün deyil. Bununla belə, bu çiplər istehlak bazarında geniş şəkildə mövcuddur və Çində sərbəst şəkildə satılır.

Bu satınalmalar ABŞ tərəfindən xeyli müddət əvvəl tətbiq olunan məhdudiyyətlərə ziddir. Belə ki, ABŞ xarici dövlətlər tərəfindən atom silahı tədqiqatları üçün istənilən ABŞ məhsulundan istifadə edilməsinin qarşısının alınması məqsədilə məhdudiyyətlər tətbiq edib.

Mənbə: “The Wall Street Journal”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri