31 
Yan
2023
03:54
140
9
2607
Virtual karabakh

Ukraynada daha bir rəhbər şəxs vəzifəsindən uzaqlaşdırılacaq

31 Yan, 2023
03:54
2607

Ukraynada daha bir rəhbər şəxs vəzifəsindən uzaqlaşdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Luqansk vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday yaxın vaxtlarda vəzifəsindən azad edilə bilər.

Bu barədə “Ukrainskaya pravda” mənbələrə istinadən məlumat verib.  

Həmçinin qeyd edilib ki, Qaydayın başqa vəzifəyə təyin olunması da nəzərdən keçirilir.

“Yaxın vaxtlarda Sergey Qayday Luqansk Vilayət Hərbi Administrasiyası sədri postundan uzaqlaşdırıla və Qazaxıstana səfir göndərilə bilər”, - deyə mənbədən bildirilib.

Eyni zamanda əlavə edilib ki, Prezident Ofisinin rəhbəri Andrey Yermak və onun təyin olunmuş müavini Aleksey Kuleba administrasiya üçün yeni rəhbərlər axtarışındadırlar. Vakant yerlərə namizəd tapmaq olduqca çətindir. Xerson, Zaporojye, Dnepropetrovsk və Sumskaya bölgələrinə rəhbərlik etmək istəyənlər çox deyil, çünki bu bölgələr Rusiya ordusunun potensial yeni hücumu istiqamətindədir.

Xatırladaq ki, Sergey Qayday 2019-cu il oktyabrın 25-dən Luqansk Vilayət Dövlət Administrasiyasına rəhbərlik edir.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri