31 
Yan
2023
16:32
53
256
940
Virtual karabakh

ISW: “Rusiya yaxın aylarda Luqansk bölgəsinə hücuma keçə bilər”

31 Yan, 2023
16:32
940

ISW: “Rusiya yaxın aylarda Luqansk bölgəsinə hücuma keçə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qərb, Ukrayna və Rusiya mənbələri Rusiyanın yeni hücuma hazırlaşdığını vurğulamaqda davam edirlər”.

Bu barədə ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında bildirilib.

Qeyd edilib ki, bu bəyanatlar institutun yaxın aylarda hücumun olacağına dair proqnozlarını təsdiqləyir.

ISW xüsusilə NATO-nun Baş katibi Yens Stoltenberqin Alyansın Rusiyanın yeni hücumunu gözlədiyi barədə bəyanatını xatırladır. Eləcə də Ukrayna Quru Qoşunlarının Ehtiyatlar Şurasının rəhbəri İvan Timoçkonun bəyanatı da diqqətə çatdırılır. Timoçkonun sözlərinə görə, Donbasda Rusiya qoşunları gücləndirilir və mümkün hücuma hazırlıq vəziyyətinə gətirilir.

Həmçinin qeyd edilir ki, rusiyalı qondarma hərbi bloqerlər bəzi şişirdilmiş xəbərlər yayırlar. Onlar bildirirlər ki, guya Rusiyanın əsas qüvvələri hələ gözlənilən hücumla bağlı “döyüşə girməyiblər”.

“Stoltenberq və Timoçkonun bəyanatları ISW-nun əvvəlki proqnozunu təsdiqləyir. Proqnoza görə, Rusiya qüvvələri yaxın aylarda, ehtimal ki, Luqansk bölgəsində hücuma başlamaq üçün hazırlıq görürlər”, - deyə hesabatda qeyd edilir.

Mənbə: UNIAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri