Fev
2023
04:16
114
26
2826
Virtual karabakh

“Popun kralı” haqqında film çəkilir: Baş rolun ifaçısı açıqlandı - FOTO

1 Fev, 2023
04:16
2826

“Popun kralı” haqqında film çəkilir: Baş rolun ifaçısı açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi, “Popun kralı” adını qazanan Maykl Ceksonun həyatı barədə film çəkilir.

Əfsanəvi ifaçını bayopikdə bacısı oğlu Cəfər Cekson canlandıracaq.

Bu barədə filmin rejissoru olacaq Antuan Fukua özünün “Instagram” hesabında xəbər verib

Onun sözlərinə görə “Lionsgate” şirkəti ilə “Maykl” (“Michael”) adlı layihə üzərində işləyir.

Filmin prodüserləri isə Qrem Kinq, Con Brank və Con Makkleyn olacaqlar.

Ssenarini əvvəllər “Qladiator” və “Aviator” filmlərini hazırlayan Con Loqan yazıb.

Qeyd edək ki, 13 “Grammy” mükafatı qazanan Maykl Cekson 2009-cu ildə 50 yaşında vəfat edib.

Xatırladaq ki, dünya ulduzu haqqında olan film “CinemaPlus” kinoteatrlar şəbəkəsində də yayımlanacaq.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri