31 
Yan
2023
15:48
271
16
1267
Virtual karabakh

Rusiya ordusu məktəbi bombalasa da, ukraynalı uşaqlar qorxmurlar - VİDEO

31 Yan, 2023
15:48
1267

Rusiya ordusu məktəbi bombalasa da, ukraynalı uşaqlar qorxmurlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya ilə Ukrayna arasında 1 ilə yaxındır davam edən müharibə nəticəsində qəzalı vəziyyətə düşməsinə baxmayaraq, Lisiçanskdakı musiqi məktəbində dərslər davam edir. 

Skripka müəllimi Yelena Şarıgina bildirib ki, Rusiya ordusunun ötən ilin yayında məktəbə endirdiyi zərbələr nəticəsində xəsarət alan olmayıb. 

“Təbii ki, bu, məqsədli hücum olub. Zərbə nəticəsində məktəbin üç sinif otağı tamamilə məhv edildi. Xoşbəxtlikdən hadisə baş verən gün biz burada olmamışıq”, - deyə o qeyd edib. 
Fortepiano müəllimi Lyudmila isə qeyd edib ki, şagirdləri mövcud vəziyyətə baxmayaraq, dərsləri bundan sonra da dayandırmaq fikrində deyillər. 

Valideynlər isə bildirib ki, uşaqların evdə dərs keçməsi üçün şərait son dərəcə ağırdır. Məlumat üçün bildirək ki, Luqansk vilayətinin Lisiçansk şəhəri ötən il iyulun 3-də Rusiya ordusunun nəzarətinə keçib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri