1 
Fev
2023
08:22
159
29
4360
yuxarı
Lukaşenko həmkarına traktor hədiyyə etdi, əvəzində müqəvva aldı - FOTO
1 Fev, 2023
08:22
4360
159
29
Lukaşenko həmkarına traktor hədiyyə etdi, əvəzində müqəvva aldı - FOTO
Zimbabvedə dövlət səfərində olan Belarus rəhbəri Aleksandr Lukaşenko prezident Emmerson Mnanqaqvaya “Belarus 92s” traktorunu hədiyyə edib. Əvəzində isə həmkarı ona şir müqəvvası bağışlayıb.
Hədiyyə mübadiləsi zimbabveli fermerlərə Belarus kənd təsərrüfatı texnikasının təhvil verilməsi mərasimində baş tutub.
“İlk növbədə, amerikalılara və bütün Qərb dünyasına bizə qarşı sanksiyalar tətbiq etdiklərinə görə təşəkkür etmək istəyirəm. Əks halda, bu geniş sahədə Belarus traktorları deyil, Amerika və Almaniya traktorları dayanardı”, - Lukaşenko bildirib.
Qeyd edək ki, ötən ilin oktyabrında Lukaşenko Rusiya prezidenti Vladimir Putinə də ad günü münasibətilə “Belarus 1523.3” traktoru hədiyyə edib.
Mənbə: TASS
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək