Fev
2023
23:34
268
64
1398
Virtual karabakh

Bayden Polşada Zelenski ilə görüşə bilər

1 Fev, 2023
23:34
1398

Bayden Polşada Zelenski ilə görüşə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden Polşada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər.

Hazırda tərəflər danışıqların bu formatını nəzərdən keçirirlər.

Bu barədə Polşanın “Dziennik Gazeta Prawna” qəzeti Kiyevdəki diplomatik mənbəyə istinadən məlumat verib.

Məlumata görə, Ukrayna tərəfi artıq təklif olunan danışıqlar proqramını hazırlayır.

Bildirilir ki, Zelenski Baydenə özünün 10 bəndlik sülh planını təqdim etməyi, o cümlədən rusiyalı hərbçilər tərəfindən törədilən müharibə cinayətlərinin araşdırılması üçün xüsusi tribunalın yaradılması ilə bağlı müzakirələr aparmağı planlaşdırır. Paralel olaraq Ukraynaya silahların verilməsi, xüsusən də ABŞ-nin icazəsi ilə Polşadan təyyarələrin mümkün tədarükü ilə bağlı danışıqlar aparılacaq.

Hələ ki nə Amerika, nə də Ukrayna tərəfi bu danışıqları rəsmən təsdiq edib.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri