Fev
2023
14:26
437
43
6336
Virtual karabakh

Saakaşvili: “Biliyimi, sağlamlığımı Gürcüstana vermişəm, indi əvəzini istəyirəm” - FOTO/VİDEO

1 Fev, 2023
14:26
6336

Saakaşvili: “Biliyimi, sağlamlığımı Gürcüstana vermişəm, indi əvəzini istəyirəm” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi ilə bağlı məhkəmə keçirilir.

İclasda distant şəkildə iştirak edən siyasətçi məhkəməyə müalicə aldığı “Vivamed” klinikasından videobağlantı vasitəsilə qoşulub.

Görüş zamanı Saakaşvili səhhətinin son dərəcə ağır olduğunu bildirib və nə qədər arıqladığını nümayiş etdirmək üçün köynəyini yuxarı çəkib.

“Bütün biliyimi Gürcüstana vermişəm... İndi də sağlamlığımı vermişəm və tək xahişim budur ki, mənə adekvat müalicə imkanı versinlər. Lazım olsa, canımdan keçərəm. Vəziyyətim kəskin şəkildə pisləşib”, - deyə eks-prezident bildirib.

İclas zalında Saakaşvilinin ailə üzvləri və tərəfdarları iştirak edirlər. Məhkəməyə müxalif Vahid Milli Hərəkatın yeni sədri Levan Xabeişvili də gəlib.

Bugünkü iclasda müdafiə tərəfinin şahidləri dindiriləcəklər.

Mənbə: Qruziya Online

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri