Fev
2023
15:36
18
404
7054
Virtual karabakh

İrandan səfirliyimizdə terakt törədən şəxsi məsuliyyətdən yayındırmaq üçün YENİ HİYLƏ - VİDEO

1 Fev, 2023
15:36
7054

İrandan səfirliyimizdə terakt törədən şəxsi məsuliyyətdən yayındırmaq üçün YENİ HİYLƏ - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 27-də Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib.

İran mediası xəbər verir ki, cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, Y.Hüseynzadə şizofreniya da daxil olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkir.

Həmçinin məlum olub ki, Azərbaycan Respublikasının səfirliyində terror aktı törədən cinayətkar azı bir ay müddətinə Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək.

Bu faktın özü artıq rəsmi Tehranın cinayətkar Yasin Hüseynzadəni öz himayəsi altına götürdüyünü bir daha sübut edir.

Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti terror hücumu edən şəxsin cinayət əməlini guya ailə münaqişəsi zəminində törətdiyini bildirmişdi.

Mənbə: Khabarban.com

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri