Fev
2023
17:32
219
38
3648
Virtual karabakh

İsrail müdafiə nazirinin Həsənov və Quliyevə telefon zəngindəki sirlər - TƏHLİL

1 Fev, 2023
17:32
3648

İsrail müdafiə nazirinin Həsənov və Quliyevə telefon zəngindəki sirlər - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin yeni müdafiə naziri Yoav Qallant Azərbaycanın iki güc strukturunun rəhbərlərinə zəng edib. Cənab Qallant müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə danışaraq müzakirələr aparıb.

İsrail müxtəlif regionlardakı proseslərin bir-birilə bağlılığını yaxşı müəyyən edir və yaxın gələcək üçün regional oxları yönləndirə bilən üstünlüyə yiyələnmək istəyir. Mümkündür ki, bu işdə Azərbaycan, Türkiyə ilə yanaşı, Rusiya və Qərb arasındakı koordinasiyanı mükəmməl şəkildə qurur.

İsraillə İran arasında gərginlik dozasının yüksəlməsi Yaxın Şərqdəki münaqişə ocaqları ilə Cənubi Qafqazdakı geosiyasi həssaslıq arasında əlaqə yaradır.

Azərbaycanın gərgin xətt üzərində qalmaq fikri yoxdur. Ona görə də Bakı təhlükəsizlik yükünün ağırlığını azaltmaq üçün tərəfdaşları ilə yeni razılaşmalar əldə etmək çağırışını icra edir.

Qallantın Həsənov və Quliyevlə danışıqları regionda cövlan edən təhdidlərin hərbi-siyasi ölçülərini müəyyənləşdirmək və effektiv silahlı tədbirlər görmək planlarını özündə əks etdirir.

Obyektivi daha geniş panoramın “foto”sunu çəkmək üçün genişləndirsək, görmək olar ki, burada təkcə Cənubi Qafqaz mövzusu yer almır.

İranla İsrailin davasının böyüməsi İraq, Suriya, Livan cəbhələrindəki izlərin Cənubi Qafqaza “qonaq” gəlməsi üçün şəraiti yetişdirir.

İran Azərbaycana qarşı bütün mümkün kartlardan istifadə etmək istəyir. Hətta iş o yerə çata bilər ki, İran Yaxın Şərqdə özünün düşməni elan etdiyi radikal elementlərlə də sövdələşməyə gedərək onların Cənubi Qafqaza transferinə yardımçı olsun.

İkincisi, İran PKK-ya qarşı da mübarizə aparır, lakin Azərbaycan və Türkiyənin strateji müttəfiqlik əlaqələrini zəiflətmək üçün bu kartla eyni masa arxasında otura bilmək təcrübəsi qazana bilər.

Türkiyə Şimali İraq Kürd Muxtariyyəti ilə təbii qaz kəmərinin inşası və tədarük müqaviləsinin imzalanmasına yaxınlaşır.

Mümkündür ki, İran bunu sabotaj etməyə çalışsın və bunun üçün PKK-nın resurslarından istifadə etsin. İran qaz yataqlarının əksəriyyətinin PKK-nın hərəkətverici qüvvələrindən biri Kürdüstan Vətənpərvərlər Birliyinin nəzarətində olan ərazilərdə cəmləşməsini fürsət biləcək.

PKK üzərindən oynanıla biləcək oyun Cənubi Qafqazda da əks-səda verə bilər.

Azərbaycan-Türkiyə-İsrail üçbucağı İraq-Suriya zonasındakı münaqişələrin regiona İran məntiqi ilə gəlməməsi üçün hərbi, kəşfiyyat sahəsində əməkdaşlıq mexanizmi qurmaqda maraqlı görünür.

Beləliklə, İsrail müdafiə nazirinin Həsənova və Quliyevə zəngi:

1. Təhdidlərin yeni xarakter almasının öncədən düzgün qiymətləndirilməsinə hesablanmışdı;

2. Azərbaycanın müdafiə gücü ilə sərhədlərin mühafizəsi arasında koordinasiyanın dərinləşməsində İsrailin maraqlı olduğunu göstərir;

3. Radikal ünsürlər üçün “əcəl zəngi” kimi bir xarakterə malikdir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri