Fev
2023
22:30
350
28
1216
Virtual karabakh

Bolqarıstan Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb

1 Fev, 2023
22:30
1216

Bolqarıstan Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 1-də Bolqarıstan parlamenti 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Milli Assambleyanın bugünkü qərarı ilə hər noyabrın son şənbə günü Qolodomor qurbanlarının xatirəsinin anılması qərara alınıb.

Təklif Bolqarıstan hökumətinin deputatlarının əksəriyyəti tərəfindən dəstəklənib.

Ukrayna Prezidenti Volodimir Zelenski Qolodomoru ukraynalıların soyqırımı kimi tanıdığına görə Bolqarıstana təşəkkür edib. Həmçinin Bolqarıstan parlamentinin qərarını Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da alqışlayıb.

Xatırladaq ki, bundan əvvəl Avropa Parlamenti 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Mənbə: rbc.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri