Fev
2023
23:20
305
23
3008
Virtual karabakh

“Zaqreb Open”: Azərbaycanın daha üç güləşçisi medal qazanıb - YENİLƏNİB

2 Fev, 2023
23:20
3008

“Zaqreb Open”: Azərbaycanın daha üç güləşçisi medal qazanıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha 3 güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open”də medal qazanıb.

“Report”un məlumatına görə, 125 kq-da çıxış edən Georgi Meşvildişvili finalda iranlı Əmir Hüseyn Abbasla qarşılaşmalı olsa da, zədələndiyi üçün döşəyə çıxmayıb.

Nəticədə texniki məğlubiyyət alan idmançı gümüş medalla kifayətlənib.

92 kq-da ABŞ təmsilçisi Conatan Ayellonu məğlub edən Osman Nurmaqomedov və 97 kq-da polşalı Radoslav Barandan üstün olan Maqomedxan Maqomedov isə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc əldə ediblər.

19:14

Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Xorvatiyada keçirilən “Zaqreb Open”də finala yüksəlib.

“Report”un məlumatına görə, 125 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə iranlı Əmir Hüseyn Abbasla qarşılaşacaq.

92 kq-da mübarizə aparan Osman Nurmaqomedov ABŞ təmsilçisi Conatan Ayello, 97 kq-da Maqomedxan Maqomedov polşalı Radoslav Baran bürünc medal qarşılaşmasına çıxacaq.

Qadınlardan isə 50 kq-da yarışan Mariya Stadnik 3-cü yer uğrunda görüşdə çinli Men Fanla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.

11:42

Azərbaycanın daha üç sərbəst güləşçisi bu gün Xorvatiyada keçirilən “Zaqreb Open”də mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 92 kiloqram çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov 1/4 final mərhələsində ABŞ-dən olan Kollin Raymond Mur ilə üz-üzə gələcək.

97 kq-dakı Maqomedxan Maqomedov təsnifatda digər ABŞ təmsilçisi Kayl Snayderlə, 125 kq-dakı Georgi Meşvildişvili eyni raundda polşalı Robert Baranla görüşəcəklər.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri