3 
Fev
2023
08:22
34
81
3778
yuxarı
Adel bir fotoya görə konsertinə yarım saat fasilə verdi - FOTO
3 Fev, 2023
08:22
3778
34
81
Adel bir fotoya görə konsertinə yarım saat fasilə verdi - FOTO
Müğənni Adel bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşının şəkli ilə konsertə gələn pərəstişkarına görə konsertini yarımçıq qoyub.
“Zalda telefonunun üz qabığında arvadının şəkli olan bir kişini gördüm. Və sonra anladım ki, arvadı indi onun yanında deyil. Bu mənə çox təsir etdi”, - deyə ifaçı bildirib.
O, həmin kişiyə üz tutaraq “İtkinizə görə təəssüf edirəm. Bağışlayın ki, mənə nə demək istədiyinizi dərhal başa düşmədim”, - deyib.
İfaçı göz yaşlarını saxlaya bilməyib və mərhum qadına öz mahnısını həsr edib.
O, şəxsi təcrübələrini tamaşaçılarla bölüşmək üçün konserti yarım saatlıq dayandırıb. Adel etiraf edib ki, konsertlərində tez-tez onun ruhuna toxunan “kiçik əhvalatlar” baş verir.
Mənbə: gazeta.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək