Fev
2023
14:52
10
299
1059
Virtual karabakh

20 günlük körpəsi olan ana: “İranda zəlzələ olandan qalmışıq küçədə...” - VİDEO

3 Fev, 2023
14:52
1059

20 günlük körpəsi olan ana: “İranda zəlzələ olandan qalmışıq küçədə...” - VİDEO

“Zəlzələ olandan qalmışıq küçədə, mənim bu balamın günahı nədir?”

Bu ürəkdağlayan sözləri İranın Xoy vilayətində zəlzələdən evini itirmiş və heç bir ayı tamam olmamış uşağı ilə çarəsiz qalan gənc qadın deyir.

Onun sözlərinə görə, təbii fəlakət baş verəndən bəri maşında gecələyirlər.

“20 günlük uşağın günahı nədir ki? Maşında qalırıq, donuruq. Bu uşağa soyuq dəyər, xəstələnər... Özümüz bir tərəfə, heç olmasa, bu körpənin xatirinə bir iş görülsün”, - deyə qadın yardım istəyir.

Gənc ananın sözlərindən aydın olur ki, hətta çadır və zəruri ərzağa möhtac qalıblar.

“Azad İran” “Telegram” kanalı bununla bağlı kadrları təqdim edir:

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri