Fev
2023
02:02
121
21
3536
Virtual karabakh

Cennifer Lopezin içində amfiteatr olan Kaliforniyadakı evi satışa qoyuldu - FOTO

4 Fev, 2023
02:02
3536

Cennifer Lopezin içində amfiteatr olan Kaliforniyadakı evi satışa qoyuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cennifer Lopez Ben Affleklə evləndikdən sonra ABŞ-nin Kaliforniya ştatındakı malikanəsini satır.

Müğənninin 2016-cı ildə 28 milyon dollara aldığı malikanə məşhur Bel-Eyr rayonunda yerləşir. Doqquz yataq otağı, 13 hamam otağı olan fransız üslublu ev hazırda 42,5 milyon dollara satışa çıxarılıb.

Evin birinci mərtəbəsində yerləşən qonaq otağında, həmçinin 30 yerlik kinozal da var.

Kaminli qonaq otağı, böyük yemək otağı, aşpaz üçün xüsusi mətbəx, oyun otağına malik evin bar hissəsi isə hovuza baxan terrasa açılır.

İkinci mərtəbədə ofis, masaj otağı və qonaq otağı var. Binanın əsas qanadında isə kitabxana və daha bir qonaq otağı, kamin və geniş terrasa açılan iki soyunma otağı mövcuddur.

Malikanənin ərazisində, həmçinin əlavə qonaq evi, idman zalı, 100 yerlik amfiteatr və orqanik tərəvəzlər olan bostan, həmçinin şəxsi göl və qumlu çimərlik var.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri