Fev
2023
16:40
356
15
2315
Virtual karabakh

Erməni deputat revanşistlərə səsləndi: “Qarabağdakı ermənilərə görə əhalimizi riskə ata bilmərik”

3 Fev, 2023
16:40
2315

Erməni deputat revanşistlərə səsləndi: “Qarabağdakı ermənilərə görə əhalimizi riskə ata bilmərik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağdakı ermənilərə görə Ermənistanda yaşayan əhalimizi riskə ata bilmərik”.

Bu sözləri Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyasının deputatı Qurgen Arsenyan Ermənistan parlamentində təşkil edilmiş dinləmələr zamanı bildirib.

Q.Arsenyan dinləmələrdə iştirak edənləri məsuliyyətsizlikdə ittiham edib.

“Prioritetlərinizi düzgün müəyyənləşdirin və baş verənləri düzgün təsəvvür etməyə çalışın”, - deyə müxalifətçilərə səslənən Q.Arsenyan vurğulayıb.

Onun sözlərinə görə, xalq artıq 2021-ci ildə keçirilmiş seçkilərdə hazırkı müxalifət barəsində hökm çıxarıb.

Qurgen Arsenyanın açıqlamaları Ermənistan parlamentində gərginliyə, qarşılıqlı söz ittihamlarına səbəb olub.

Çıxışını davam etdirən Arsenyan Ermənistan parlamentində təmsil olunan revanşistlərə  səslənib:

“Qarabağda baş verənləri manipulyasiya etmək sizə Ermənistanda hakimiyyətə gəlmək imkanı verməyəcək, bunu unudun”.

Çıxışının sonunda Q.Arsenyan bəyan edib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması ölkəsinin milli maraqlarından irəli gəlir. O qeyd edib ki, artıq ksenofob ifadələr səsləndirməkdən çəkinmək lazımdır və bu fikirlər Ermənistana ancaq zərər vurur.

Mənbə: News.am

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri