Fev
2023
15:56
205
35
1730
Virtual karabakh

Ukraynaya Krımda GLSDB raketlərindən istifadə etməyə icazə veriləcəkmi?

4 Fev, 2023
15:56
1730

Ukraynaya Krımda GLSDB raketlərindən istifadə etməyə icazə veriləcəkmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukrayna rusiyalı hərbçiləri öz ərazilərindən çıxarmaq üçün verilən silahlardan necə istifadə edəcəyinə müstəqil qərar verə bilər”.

Bu barədə Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder mətbuat konfransı zamanı bildirib.

“Ukrayna Krımdakı Rusiya hədəflərinə zərbələr endirmək məqsədilə HIMARS qurğuları üçün GLSDB uzaqmənzilli mərmilərdən istifadə edə bilərmi?”, - deyə jurnalistlərdən biri sual verib.

Rayder bu sualdan yayınsa da, onun cavabı belə bir qadağanın mövcudluğuna işarə etməyib.

“Ukraynanın müharibə əməliyyatları ilə bağlı planlarına gəlincə, aydın məsələdir ki, bu, onların qərarıdır. Bu məsələdə əsas olan onlardır (ukraynalılar - red.)”, - deyə Patrik Rayder qeyd edib.

General vurğulayıb ki, gələcək mümkün əməliyyatlar barədə jurnalistlərlə müzakirələr aparmayacaq.

Mənbə: UNIAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri