Fev
2023
05:26
217
36
4456
Virtual karabakh

Honkonqa getmək istəyən turistlərə 500 min pulsuz aviabilet paylanacaq

5 Fev, 2023
05:26
4456

Honkonqa getmək istəyən turistlərə 500 min pulsuz aviabilet paylanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Honkonq hakimiyyəti turistlərə 500 min pulsuz aviabilet paylayacaq.

Honkonq rəsmiləri bu yolla bölgəyə xarici səyahətçilərin cəlb edilməsinə çalışırlar. Hazırda pandemiyanın turizm sektoruna vurduğu ziyanın aradan qaldırılması üçün cəhdlər edilir. Və bu planın bir hissəsi kimi dəyəri 250 milyon avrodan çox olan 500 min aviabiletin paylanması nəzərdə tutulub.

Belə ki, bütün COVID məhdudiyyətləri ləğv edildikdən sonra turistləri məşhur Asiya şəhərinə qaytarmaq üçün yerli hökumət 2023-cü ildə 500 min səyahət sənədinin verilməsi üzrə lotereya oyunu keçirəcək. Biletlərin paylanması martın 1-dən başlayacaq.

Son aylarda şəhərdə COVID səyahət məhdudiyyətləri, həmçinin məcburi izolyasiya aradan qaldırılıb. Eyni zamanda materik Çinə də səyahətin əngəlsiz olacağı qeyd edilib.

Mənbə: Euronews.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri