31 
Mar
2015
11:52
13
42
1408
Virtual karabakh

Nigeriyada keçmiş diktator hazırkı prezidentə qalib gəlir

31 Mar, 2015
11:52
1408

Nigeriyada keçmiş diktator hazırkı prezidentə qalib gəlir

Ona 12 milyon seçici səs verib.

Nigeriyada martın 28-də - şənbə günü keçirilən prezident seçkilərinə keçmiş hərbi diktator Muhammed Buhari (Muhammadu Buhari) liderlik edir. İlkin məlumata görə, ona 12 milyon seçici, cari prezident Gudlak Conatana (Goodluck Jonathan) isə 10 milyona yaxın seçici səs verib, Reuters bildirib.

Buhari altı ştatda, Conatan isə beş ştatda, o cümlədən də paytaxtda qalib gəlib. Qalan administartiv vahidlər üzrə məlumatlar nəzərdən keçirilir, Oxu.Az Lenta-ya istinadən xəbər verir.

Kano və Kaduna ştatlarında Buhari böyük fərqlə qələbə qazanıb. Bununla yanaşı Conatan cənub ştatı Riversdə 95 faiz səs qazanıb.

ABŞ və Böyük Britaniya seçki komissiyasının müstəqilliyini pozmaq və Nigeriya xalqının öz iradəsini ifadə etməyə mane olacaq cəhdlərə dair “böyük narahatlıq” ifadə edərək müştərək bəyanatla çıxış ediblər. Dövlət katibi Con Kerri və onun britaniyalı həmkarı Filip Hammond səslərin toplaması və seçki prosesinə administrativ müdaxilə təhlükəsinə dair “narahatedici əlamətlər” işarə ediblər. Conatanın partiyası bu fikirləri “tam cəfəngiyyat” adlandırıb.

Seçki məntəqələrinə ümumilikdə 60 milyon adam gəlib. Ən yüksək seçici davamiyyəti ölkənin şimalında “Boko Haram”da müşahidə edilib. Hüquq mühafizəçilərinin məlumatına əsasən ölkədə seçkilər zamanı 50 nəfər həlak olub.

57 yaşlı Conatanın dini etiqadı xristianlıqdır, onu neft hasil edilən cənubda dəstəkləyirlər. 72 yaşlı Buhari müsəlmandır, o, ölkənin şimalında populyardır.

Bundan başqa seçkilərdə daha 12 namizəd iştirak edib.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri