Fev
2023
14:52
15
391
2785
Virtual karabakh

Türkiyəli professordan açıqlama: “Tarixə düşəcək böyük zəlzələlərdən birini yaşadıq”

6 Fev, 2023
14:52
2785

Türkiyəli professordan açıqlama: “Tarixə düşəcək böyük zəlzələlərdən birini yaşadıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Güclü zəlzələlərin afterşokları da güclü olur”.

Bu sözləri zəlzələ mühəndisliyi üzrə mütəxəssis, professor Zeki Hasgür deyib.

Professor Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ ilə bağlı qiymətləndirmə aparıb.

“Güclü zəlzələlərin afterşokları da güclü olur. 6,4; 6,2 və 5,3 bal gücündə zəlzələlər dağıntıların artmasına səbəb oldu. Vətəndaşlar qəzalı binalara daxil olmaqdan çəkinməlidirlər”, - deyə o qeyd edib.

Zeki Hasgür Türkiyənin zəlzələ riskinin yüksək olduğu bir ölkə olduğunu xatırladıb.

“Tarixə düşəcək bir zəlzələ yaşadıq. Yeddi kilometr dərinlikdə baş verən zəlzələdən sonra 13 kilometrlik sahədə çox sayda afterşoklar meydana gəldi. Bu qədər geniş ərazidə hiss olunmasının səbəbi də budur”, - deyə o bildirib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri