Fev
2023
17:30
23
407
9027
Virtual karabakh

Ekspertlərdən xəbərdarlıq: Hər an zəlzələ ola bilər - VİDEO

8 Fev, 2023
17:30
9027

Ekspertlərdən xəbərdarlıq: Hər an zəlzələ ola bilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz son 100 ildə ikinci ən böyük zəlzələni yaşadıq”. 

Bunu Türkiyənin Geoloji Mühəndislər Mərkəzinin eksperti Aysun Aykan deyib. 

Türkiyədə 20-yə yaxın yerdə zəlzələ yarada biləcək aktiv tektonik qırılma xəttinin olduğunu vurğulayan A.Aykan Şimali Anadolu xəttinin əsas hissəsi olan Bingöl-Yeddisu və Şimali Anadolu xəttinin Mərmərə dənizindən keçən qismi ilə Balıkesir, Kahramanmaraş-Türkoğlu bölgələrinə diqqət yetirilməli olduğunu söyləyib. 

Ekspert ölkəsində zəlzələ riski olan vilayətlər haqqında da xəbərdarlıq edib: 

“Ölkəmizdə Kocaeli, Bursa, Balıkesir, Bolu, Sakarya, Manisa, İzmir, Aydın, Muğla, Dənizli, Burdur, Kütahya, Eskişehir, Konya, Aksaray, Tokat, Kayseri, Osmaniyə, Hatay, Kahramanmaraş, Ərzurum, Ərzincan, Hakkari və Bingöl bölgələri aktiv qırılma xəttinin üzərindədir. Bu səbəbdən Türkiyənin hər hansı bir bölgəsində dağıdıcı zəlzələnin olması bizi təəccübləndirmir”.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri