Fev
2023
18:18
15
380
2793
Virtual karabakh

Turist Bələdçiləri Dərnəyinin 43 nəfərlik heyəti hotel dağıntıları altında qalıb: 10-u ölüb - FOTO

8 Fev, 2023
18:18
2793

Turist Bələdçiləri Dərnəyinin 43 nəfərlik heyəti hotel dağıntıları altında qalıb: 10-u ölüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Turist Bələdçiləri Dərnəyinin (TÜREB) təlimlərə qatılan 43 nəfərlik bələdçi heyəti Adıyamanda olarkən zəlzələ baş verib.

“Grand Isias” hotelinin dağıntıları altında qalan bələdçilərdən 10-u həyatını itirib, 19-u sağ-salamat xilas edilib, 14-ü ilə əlaqə saxlanılmağa çalışılır.

Bu barədə Antalya Ticarət və Sənaye Palatasının (ATSO) 36-cı Qrup Hotellər və Yerləşdirmə Peşəkar Komitəsinin üzvü Funda Gökgöl məlumat verib.

Funda Gökgöl komandanın Mərmərə, Ege və Aralıq dənizi təlimlərini tamamladıqdan sonra cənub-şərqdə təlim keçmək üçün bölgəyə getdiyini bildirib.

“Dağıntılar altındakı dostlarımızın bəziləri çıxarılıblar, bəziləri hələ də dağıntılar altındadırlar. Təəssüf ki, itirdiklərimiz var. Zəlzələnin ilk günündən bəri Antalya Bələdçilər Palatası rəhbəri Mustafa Yalçınkaya və idarə heyətinin üzvü Volkan Lubievski hotel dağıntılarının önündə gözləyirlər. Çıxarılan cəsədlərdən dördü Antalyaya göndəriləcək, amma nəqliyyat vasitəsi tapa bilmirik. Bununla bağlı səlahiyyətlilərdən kömək gözləyirik”, - deyə o qeyd edib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri