Fev
2023
03:04
231
17
2526
Virtual karabakh

Ekofəallar “Total” şirkətinin binasını qırmızıya boyadılar - FOTO/VİDEO

9 Fev, 2023
03:04
2526

Ekofəallar “Total” şirkətinin binasını qırmızıya boyadılar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə “Alternatiba Paris və Amis de la Terre” assosiasiyalarının fəalları “TotalEnergies” ofisinin fasadını qırmızı rənglə boyayıblar.

Məlumata görə, fəalların narazılığına səbəb enerji böhranı fonunda “TotalEnergies”in artıqlaması ilə əldə etdiyi mənfəət olub.

Məsələ burasındadır ki, şirkət 2022-ci ildə rekord gəlir əldə etdiyini açıqlayıb.

Enerji nəhənginin ötənilki mənfəəti 20,5 milyard dollar təşkil edib ki, bu da əvvəlki nəticədən 28% yüksəkdir.

“TotalEnergies” enerji böhranının Fransanı qeyri-müəyyənliyə sürükləməsinə və 12 milyondan çox fransızın enerji qıtlığı şəraitində yaşamağa məcbur olmasına baxmayaraq, qeyri-mütənasib mənfəət əldə etməyə davam edir”, - ekofəalların mesajında bildirilib.

Etirazçılar həmçinin “TotalEnergies”i bərpa olunan enerji mənbələrini aktiv şəkildə inkişaf etdirməməkdə və həm iqtisadi, həm də iqlim böhranlarını şiddətləndirməkdə ittiham ediblər. Onlar Fransa hökumətini təşkilatın fəaliyyətinə nəzarət etməyə və izafi qazanclarını vergiyə cəlb etməyə çağırıblar.

Eyni zamanda, şirkətin baş icraçı direktoru Patrik Puyannenin sözlərinə görə, gəlirlərin artımı şirkətin Avropadakı unikal mövqeyi və enerji bazarlarında əlverişli mühitlə bağlıdır. Bununla yanaşı, şirkət karbohidrogen hasilatını 5%, mayeləşdirilmiş təbii qazın satışını isə 22% artırıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri