Fev
2023
06:41
455
32
1461
Virtual karabakh

ÜST: “Dünya üzrə COVID-ə yoluxmaların sayı kəskin azalıb”

9 Fev, 2023
06:41
1461

ÜST: “Dünya üzrə COVID-ə yoluxmaların sayı kəskin azalıb”

Yanvarın 9-dan fevralın 5-dək 10 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 90 mindən çox insan ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirib ki, əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 8%, yoluxmaların sayı isə 89% azalıb.

ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 10 458 265 yoluxma halı və 90 520 ölüm halı qeydə alınıb.

Vurğulanıb ki, son 28 gündə ən çox yoluxma Çində (3 485 265 nəfərdə) aşkarlanıb. Bu ölkəni Yaponiya (2 429 215), ABŞ (1 328 65736), Koreya Respublikası (736 811) və Braziliya (389 444) izləyir.

Yanvarın 9-dan fevralın 5-dək Çində ən çox ölüm qeydə alınıb - 40 812 hal. Bu göstərici üzrə sonrakı yerləri ABŞ (15 294), Yaponiya (9 874), Böyük Britaniya (2 671) və Braziliya (2 566) tutub.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri