Fev
2023
07:12
230
72
1070
Virtual karabakh

Rusiya ABŞ qubernatorlarının ölkəyə girişini qadağan etdi

9 Fev, 2023
07:12
1070

Rusiya ABŞ qubernatorlarının ölkəyə girişini qadağan etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyaya girişi daimi olaraq qadağan edilən 77 ABŞ vətəndaşı arasında ölkənin 33 ştatının qubernatorları da var.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hakimiyyəti sanksiyalar siyahısını tərtib edərkən qarşılıqlıq prinsipindən çıxış edib. “Stop siyahı”ya ABŞ vətəndaşları, regionlardakı hökumət başçıları, bir sıra federal idarələr və Ukraynaya silah tədarükü ilə məşğul olan şirkətlər daxil edilib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “sanksiyalar təkcə anti-Rusiya kursunun formalaşması və həyata keçirilməsində iştirak edən siyasətçilər və məmurlara deyil, həm də onların bəzi ailə üzvlərinə təsir edib”. O cümlədən, sanksiyalar siyahısına ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinın qızı Kristina da əlavə edilib.

Mənbə: mk.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri