Fev
2023
14:04
149
3
1010
Virtual karabakh

Səfir: “Zəlzələdə itkin düşən vətəndaşlarımız haqqında məlumatları səfirliklə dəqiqləşdirmək vacibdir”

9 Fev, 2023
14:04
1010

Səfir: “Zəlzələdə itkin düşən vətəndaşlarımız haqqında məlumatları səfirliklə dəqiqləşdirmək vacibdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zəlzələ nəticəsində itkin düşən vətəndaşlarımız haqqında ən doğru məlumatları Azərbaycanın Türkiyədəki Səfirliyi ilə dəqiqləşdirmək vacibdir”.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.

O bildirib ki, zəlzələ baş verdiyi vaxtdan səfirlik gücləndirilmiş iş rejiminə keçib:

“Zəlzələnin təsirinə məruz qalmış 10 vilayət üzrə nümayəndələr təhkim etmişik. Bütün xəsətəxanalar və aidiyyəti dövlət qurumları ilə əlaqələri koordinasiya edirik. Övladlarını, yaxınlarını axtaran vətəndaşlarımız bizə onlar haqqında dəqiq və vaxtında məlumat verdikdə biz də bu bilgiləri aidiyyəti qurumlara yönləndirib, onlara dəstək ola bilirik. Bir neçə belə nümunə var ki, vaxtında və dəqiq məlumatların izi ilə vətəndaşlarımızın xilas olmasına yardım etmişik”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Hadisə nəticəsində hələlik 12 873 nəfər ölüb, 62 937 nəfər isə yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri