2 
Mar
2023
05:14
420
12
2579
yuxarı
“TikTok” azyaşlılar üçün sosial şəbəkədən istifadə vaxtını məhdudlaşdırır
2 Mar, 2023
05:14
2579
420
12
“TikTok” azyaşlılar üçün sosial şəbəkədən istifadə vaxtını məhdudlaşdırır
“TikTok” sosial şəbəkəsi 18 yaşdan kiçik şəxslərin hesabdan istifadə müddətini məhdudlaşdıracaq.
Şəbəkənin sahibi olan Çin şirkəti “ByteDance” yetkinlik yaşına çatmayanların istifadə vaxtının gündə 60 dəqiqə ilə məhdudlaşdırılacağını bəyan edib.
Eyni zamanda, 13 yaşdan yuxarı yeniyetmələrdən limitə çatdıqdan sonra istifadəyə davam etmək üçün giriş kodunu daxil etmələri tələb olunacaq.
Yaşı 13-dən az olanlar yalnız valideynlərinin və ya qəyyumlarının icazəsi ilə sosial şəbəkədə 60 dəqiqədən çox qala biləcəklər. Valideynlər giriş kodunu daxil edərsə, onlar daha 30 dəqiqə vaxt ala bilərlər.
Bundan əlavə, valideynlər yetkinlik yaşına çatmayanlar üçün bildirişlərin söndürülməsi üçün qrafik təyin edə biləcəklər.
Mənbə: TASS
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək