Apr
2015
18:30
83
23
3833
Virtual karabakh

Kadırov “Hörümçək adam”a rəqib vəd edir

7 Apr, 2015
18:30
3833

Kadırov “Hörümçək adam”a rəqib vəd edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəngavər Konax və pəri Məryəm.

Çeçenistanda “Hörümçək adam”ı, transformerləri və “Winx”-ı sıxışdıracaq gəlinciklərin istehsalının tənzimlənəcəyi vəd edilir.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti respublikada uşaq haqları üzrə səlahiyyətli şəxsin, “Milli oyuncaqlar” layihəsinin müəllifi Həmzat Hirahmatovun sözlərinə istinadən xəbər verir.

“Doğrudur, məşhur personajları sıxışdırmaq hələlik mümkün olmayacaq, bu nəhəng industriyadır, amma tədricən bunu etməyi düşünürük”, - Hirahmatov deyib.

Onun sözlərinə görə, yerli rəssamlar artıq milli gəlinciklərin eskizlərini hazırlayıblar. Layihənin təqdimatı aprelin sonuna qədər nəzərdə tutulub, sonra isə kütləvi istehsalın tənzimlənməsi nəzərdə tutulub.

Hirahmatov bildirib ki, yeni personaj cəngavər Konax, müəlliflərin ideyasına görə, qərbi transformerlə mübarizəyə girir və ona qalib gəlir. “Winx”lərlə isə gözəl pəri Məryəm mübarizə aparacaq. İlk partiyanın buraxılışından sonra gəlinciklərin marafonu nəzərdə tutulub, onlar uşaqlara hədiyyə ediləcək. Gəlinciklər rus dilində danışacaq.

Hirahmatov gəlinciklərin keyfiyyətinə görə qərb rəqiblərindən geri qalmayacağından əmindir, belə ki, Rusiyada uşaq oyuncaqlarının çox gözəl istehsalçıları var.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri