Apr
2015
19:29
81
16
3216
Virtual karabakh

Ukrayna prezidentinin gəlirləri açıqlandı

7 Apr, 2015
19:29
3216

Ukrayna prezidentinin gəlirləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Poroşenko prezident kimi fəaliyyəti ilə bağlı bəzi xərcləri öz cibindən ödəyir.

Ukrayna prezidenti Petro Poroşenko 2014-cü il üçün gəlir bəyannaməsini və banklarda, digər maliyyə qurumlarında malik olduğu aktivlərin miqdarını açıqlayıb. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, prezidentin mətbuat xidməti tərəfindən açıqlanan gəlir bəyannaməsində P. Poroşenkonun 2014-cü il ərzində 368,9 milyon qrivna gəlir əldə etdiyi göstərilib: 

“Ötən il Poroşenkonun məcmu gəlirlərinin ümumi miqdarı 368 milyon 943 min 679 qrivna, ailə üzvlərinin gəliri isə 36 min qrivna təşkil edib. Gəlirlərin 345 milyon 670 min 8 qrivnası dividentlər və faizlərdən, 11 milyon 253 min 718 qrivnası qiymətli kağızların və korporativ hüquqların əldən çıxarılmasından, 961 min 780 qrivnası isə əmlak satışından daxil olub”.        

Prezident dövlətə 17 milyon 941 min 932 qrivna vergi ödəyib. Xeyriyyə məqsədlərinə isə 123 milyon 166 min 37 qrivna vəsait xərcləyib. O, ötən il əvvəlcə deputat, sonra prezident kimi aldığı maaşın hamısını xeyriyyə məqsədlərinə sərf edib. 

P. Poroşenkonun banklarda və digər maliyyə qurumlarındakı vəsaitlərinin həcmi 2014-cü ilin sonunda 451 milyon 925 min 60 qrivna təşkil edib.

Açıqlamada bildirilib ki, P. Poroşenko prezident kimi fəaliyyəti ilə bağlı bəzi xərcləri öz cibindən ödəyir. Belə ki, o, çox uzaqda yerləşən dövlətlərə səfərləri zamanı (məsələn, Avstraliya, Sinqapur) aviauçuşlar üçün yanacağın qiymətini özü ödəyib. P. Poroşenko prezident seçildikdən bəri hər hansı yeni əmlak və mülkiyyət əldə etməyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri