Mar
2023
16:23
141
14
2255
Virtual karabakh

Azərbaycanda oynamış serb: “Stadionlara heç 100 nəfər gəlmirdi”

8 Mar, 2023
16:23
2255

Azərbaycanda oynamış serb: “Stadionlara heç 100 nəfər gəlmirdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah”ın sabiq futbolçusu Petar Şkuletiç karyerasını başa vurub.

Serbiyalı 32 yaşlı hücumçu futbolla vidalaşmaq qərarına gəlib. O, ölkəsinin mətbuatına artıq heç bir ambisiyasının qalmadığını deyib və Azərbaycanda çıxış etdiyi zamanı xatırlayıb:

“7 ildən artıq oynadığım yüksək səviyyədən aşağı düşəndə gördüm ki, artıq bəzi şeylər dəyişib. Ambisiyam qalmayıb. Azərbaycanda özümü yaxşı hiss etmirdim. Fransa liqası ilə ora arasında böyük fərq var. “Sabah” möhtəşəm klubdur, amma futbol eyni deyil. Stadionlara heç 100 nəfər gəlmirdi. Bir şeyə ehtiyac olmayanda inadkarlıq etmirəm. Həmişə ambisiyam məni irəli aparıb. 10 klub dəyişə bilərdim. Amma nə özümü, nə də başqalarını aldatmaq istədim”.

Şkuletiç 2021-ci ilin sentyabr ayının ortalarında Fransa “Monpelye”sindən “Sabah”a keçsə də, oktyabrın sonlarında komandanı tərk edib.

Mənbə: Mondo.rs

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri