17 
Mar
2023
10:32
275
17
1419
Virtual karabakh

Berdiməhəmmədov Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini təklif etdi

17 Mar, 2023
10:32
1419

Berdiməhəmmədov Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini təklif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistan Xalq Məsləhətinin (Xalq Şurasının) sədri, eks-prezident Qurbanqulu Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif edib.

O, bu barədə Türk Dövlətləri Təşkilatının (TDŞ) Ankarada keçirilən sammitində bəyan edib.

Berdiməhəmmədovun sözlərinə görə, görkəmli şəxsiyyət və dünya səviyyəli siyasi xadim olan Ərdoğanı artıq 22 ildir yaxından tanıyır.

Sabiq prezident həmçinin vurğulayıb ki, Türkiyə lideri təkcə öz xalqının deyil, bütün müsəlman xalqların dinc həyatını təmin etmək üçün çox iş görür.

“Bunun əsasında Türkiyə Respublikası prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təklif edilir. Biz bütün müvafiq təklifləri tam dəstəkləyirik. O, bu beynəlxalq mükafata layiq liderdir”, - deyə Türkmənistanın keçmiş rəhbəri bildirib.

Xatırladaq ki, ötən ilin sonlarında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Rusiya ilə Ukrayna arasında sülh əldə etmək üçün göstərdiyi fəaliyyətə görə ölkə başçısının Nobel Sülh Mükafatına namizədliyinin irəli sürüləcəyini bəyan etmişdi. Cari ilin əvvəlində isə Pakistan Senatının sədri Məhəmməd Sadik Sancrani eyni səbəbdən Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüklərini açıqlayıb. Bundan başqa, rəsmi Budapeşt də (Macarıstan) Türkiyə prezidentinin bu mükafata namizədliyinin irəli sürülməsinin tərəfdarı olduğunu bəyan edib.

Mənbə: “Neytral Türkmənistan” qəzeti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri